Əlaqə Arxiv
news Image
2019.07.19
14:06
| A A A
“Azərişığ”ın rəhbərliyi vətəndaşları qəbul edib

Bu gün “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar ƏhmədovZaqatalada vətəndaşları qəbul edib.

Bu barədə Movqe.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Zaqatala və Balakən rayonlarından olan 22vətəndaşın müraciət və təklifləri dinlənilib.

V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Bu gün həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Qaxda, bu rayondan və Şəkidən olan 14vətəndaşın müraciətini dinləyib. Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib. 

Sizin Reklam Yeriniz