Əlaqə Arxiv
news Image
2019.07.23
08:22
| A A A
Azərbaycan regionda lider mövqeyini gücləndirir
Ölkəmizdə ÜDM Ermənistanla müqayisədə bir neçə dəfə böyükdür

Azərbaycanın sürətli inkişafı iqtisadiyyatın bütün sahələrində əldə olunan mənfəətin çoxalmasını ehtiva edir. Bu, əsasən yeni, müasir müəssisələrin tikilməsi, yüksək məhsuldarlıqlı, mükəmməl texnologiyanın tətbiqi sayəsində mümkün olur. Ancaq təbii ki, bu işlərin görülməsi həyata keçirilən dövlət proqramları, qeyri-neft sektorunun inkişafına göstərilən güclü dəstəyin, sahibkarlığın inkişafına dövlət qayğısının güclənməsi hesabınadır. Statistik göstəricilər sübut edir ki, 2014-cü il ümumi daxil məhsulun artım tempində zirvə sayılır. Həmin ildən sonra neftin qiymətlərində baş verən təbəddülat bu göstəricini nisbətən aşağı salsa da sonrakı illərdə hökumətin həyata kemirdiyi tədbirlər sayəsində hər il artım baş verib və ÜDM-in həcmi çoxalıb.  

Bu günlərdə Gürcüstanın “Bank of Georgia Group”a daxil olan “Galt&Taggart” investisiya şirkətinin “Regional Sabit Gəlirlər Bazarı” (Regional Fixed Income Market) adlı hesabat hazırlayaraq yayıb.”Galt& Taggart” hesablayıb ki, 2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama bir neçə dəfə böyükdür. Belə ki, təkcə ötən il Azərbaycan iqtisasiyyatı 1,4% böyüyüb. Bu il Azərbaycanda ÜDM artımı 2,7%-ə, 2020-ci ildə isə 2,1%-ə bərabər olacaq: “2018-ci ildə 46,9 mlrd. ABŞ dolları olduğu halda 2019-cu ildə 45,2 mlrd. dollar olacağı proqnozlaşdırılır. Növbəti 2020-ci il üçün isə bu rəqəm 2,2 mlrd. dollar, yaxud 4,9% artaraq 47,4 mlrd. dollara bərabər olacaq. 2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür”.

Yerli valyuta ilə ifadə edəndə məlum olur ki, 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 79 797,3  mlrd. manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 8 126,2 manat və yaxud 4 780,1 ABŞ dolları təşkil edib.

Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Qazaxıstan və Ukraynada investisiya imkanlarını araşdıran “Galt&Taggart” Azərbaycandakı inflyasiya göstəricilərini də açıqlayıb: “Bu ilin iyun ayında Azərbaycanda illik inflyasiya 2,9%-ə bərabər olsa da illik olaraq bu rəqəmlər fərqlənir. Belə ki, 2018-ci ildə istehlak bazarında qiymətlər 2,3% artdığı halda, 2019-cu ildə bu rəqəmin 3,2%-ə, 2020-ci ildə isə 3,3%-ə bərabər olacağı ehtimal olunur”. Gürcüstanlı təhlilçilərin çıxardıqları nəticəyə görə, Azərbaycanda istiqraz bazarının həcmi 8,2 mlrd. dollara bərabərdir: “Onun 46%-i enerji sektorunun, 15%-i maliyyə sektorunun, 39%-i isə hökumət strukturlarının payına düşür”.

Adambaşına düşən ÜDM-in dəyəri də Azərbaycanda Ermənistandakından bir neçə dəfə çoxdur. Bu, çox mühüm amildir. Çünki, əhalinin həyat səviyyəsini təyin edən ən mühüm məsələdir. Adambaşına düşən ÜDM dedikdə istehsal edilən ümumi daxili məhsulun dəyirinin əhalinin sayına nisbəti başa düşülür. ÜDM əhalinin həyat standartlarını və iqtisadi rifahını ifadə edən əsas iqtisadi göstəricilərdəndir. Üstəlik, nəzərə alsaq ki, Azərbaycan əhalisinin sayı Ermənistanın əhali sayından 4 dəfə çoxdur, onda iki ölkə arasında olan fərqin miqyası daha aydın görünər. Bu isə öz növbəsində hazırda düşmən statusunda olan iki ölkə arasında qüvvələr nisbəti də bu rəqəmlərlə təcəssüm olunur. Təəssüf ki, haqq və güc Azərbaycanın tərəfində olsa da, birincisi, Ermənistan tərəfi reallığı saxtalaşdırmaqla ədalətli sülhdən qaçır, ikincisi də beynəlxalq birlik təcavüzkarı sülhə məcbur etmək müxaniuzlərindən lazımınca istifadə etmir və əslində bunu istəmir. Ancaq, Azərbayvan öz yolu ilə irəliləyir, iqtisadiyyatı güclənir, haqq səsi daha bərdən ucalır və Qarbağın işğaldan azad ediləcəyi gün anbaan yaxınlaşır. Dünya siyasəti güc üzərində bərqərar olub.

N.NOVRUZ  

Sizin Reklam Yeriniz