news Image
2019.08.08
13:50
| A A A
AÇG və Şahdəniz üzrə gəlirlər açıqlanıb

zərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il avqustun 1-ə qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağı və Şahdəniz üzrə gəlirləri açıqlayıb.

Fonddan Movqe.az-a verilən məlumata görə, 2001-ci ildən bu il iyulun sonuna qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 143 366 milyon dollar olub.

Bu ilin ilk 7 ayı AÇG yatağından 5 160 milyon dollar gəlir əldə edilib.

O cümlədən, bu ilin yanvarın 1-dən avqustun 1-ə qədər Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 209 milyon dollar təşkil edib.

Şahdəniz yatağı üzrə 2007-ci ildən bu ilin avqustuna qədər qazın satışından əldə olunan ümumi gəlirlər 2 703 milyon dollar olub.

money.az currency