Əlaqə Arxiv
news Image
2019.08.09
10:31
| A A A
Beyləqan rayonunun bəzi kənd və qəsəbələrində qaz təchizatı dayandılıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Movqe.az-a verilən məlumata görə, bu məqsədlə saat 10:00-dan işlər başa çatana qədər Beyləqan rayonunun mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılıb.

Saat 14:00-dan etibarən işlər başa çatanadək Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.

Sizin Reklam Yeriniz