Əlaqə Arxiv
news Image
2019.08.09
12:45
| A A A
“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi avqustun 12-13-də qeyd olunacaq Qurban bayramı münasibəti ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Qurumdan Movqe.az-a verilən məlumata görə, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək. 

Bundan başqa 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti də gücləndiriləcək. Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamenti, Sumqayıt Qaz İstismar Sahəsi, Regional Qaz İstismar İdarələri və xidmət sahələrində sutkalıq növbətçilik təşkil olunacaq. 

Sizin Reklam Yeriniz