Əlaqə Arxiv
news Image
2019.08.14
17:20
| A A A
Yaponiyada 400-ə yaxın reys təxirə salındı

Yaponiyada “Krosa” qasırğasının yaxınlaşması ilə əlaqədar 400-ə yaxın daxili reys təxirə salınıb.

Trend-in məlumatına görə, bu gün Küsü adasından hərəkət etməli olan 170 aviareys, sabaha nəzərdə tutulan 228 aviareys təxirə salınıb.

Hazırda qasırğa Taneqasima adasından 190 kilometr şərqdə hərəkət edir. “Krosa”nın avqustun 15-ə keçən gecə Küsü adasına yaxınlaşacağı gözlənilir.

Qasırğa güclü leysanlarla müşayiət olunacaq.

Sizin Reklam Yeriniz