Əlaqə Arxiv
news Image
2019.08.16
19:53
| A A A
Yeddi ayda istehsal 45 milyard manata çatıb

Yanvar-iyul aylarında ölkədə 44 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 4 min 499,5 manata bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artıb, tikintidə isə 9,1 faiz azalıb.

İqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artıb.

Sizin Reklam Yeriniz