Əlaqə Arxiv
news Image
2019.08.18
12:51
| A A A
Abşeron rayonunda sənaye istehsalı 54 faiz artıb

Cari ilin ötən altı ayı ərzində Abşeron rayonunda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılıb. Əhalinin məşğulluğunun artırılması məqsədilə rayon üzrə 770 yeni iş yeri yaradılıb.

Movqe.az xəbər verir ki, bu il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 16 investisiya layihəsi üçün 21 milyon manat güzəştli kredit verilib. Həyata keçiriləcək bu layihələr üzrə 260 iş yerinin yaradılması nəzərdə tutulur.

Rayonda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, Saray qəsəbəsində istehsal gücü il ərzində 5 min ədəd alüminium tərkibli istilik radiatorları olan zavodun, Məmmədli kəndində istehsal gücü il ərzində 50 min ton olan sinklənmiş polad vərəqə istehsalı, illik istehsal gücü 3 min ton olan istixana örtükləri istehsalı və aylıq istehsal gücü 560 ton olan qənnadı məhsulları istehsalı müəssisələrinin, Xırdalanda illik istehsal gücü 8,4 min ton olan metal neft-qaz xətləri aksesuarlarının istehsalı müəssisəsinin və illik istehsal gücü 1,5 ton olan quru süd zavodunun, Mehdiabadda illik istehsal gücü 2640 ton olan qida məhsulları istehsalı müəssisəsinin tikintisi aparılır. Həmçinin Aşağı Güzdək qəsəbəsində illik istehsal gücü 25 min kvadratmetr parket, 20 min metr plintus, 600 ədəd qapı, 600 kvadratmetr pəncərə istehsalı müəssisəsi və illik istehsal gücü 216 min kvadratmetr keramzit, 360 min kvadratmetr üzlük, 9 milyon ədəd üzlük kərpic, 189 min kvadratmetr keramzit döşəmə və s. tikinti materiallarının istehsalı müəssisəsi, Novxanıda “Bakı Praqa Export “ MMC tərəfindən yeni pivə istehsalı zavodu tikilir.

Cari ilin birinci yarısında rayonda sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 54 faiz artaraq 153,7 milyon manata çatıb. Sənaye müəssisələrində çalışanların sayı 8805 nəfər olub, işçilərin orta aylıq nominal əməkhaqqı 39 faiz artaraq 463 manat təşkil edib.

Sizin Reklam Yeriniz