Əlaqə Arxiv
news Image
2019.08.21
17:45
| A A A
"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı

2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha 10 vaqonun gətirilməsi gözlənilir.

Bunu Movqe/az-a İsveçrənin “Stadler Rail Group” şirkətindən bildiriblər.

Məlumata əsasən, həmin vaqonlar hazırda Minskdəki zavodda istehsal olunur.

Qeyd edək ki, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımaları üçün yeni vaqonların gətiriləcəyini bildirmişdi.

Bu ilin əvvəlində Azərbaycanda “Stadler” şirkətinin yeni vaqonları gətirilmişdi.

Sizin Reklam Yeriniz