Əlaqə Arxiv
news Image
2019.08.23
10:10
| A A A
Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək
Tunel inşası ilə əlaqədar olaraq

Bu ilin avqustun 26-dan sentyabrın 15-ə qədər Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

Bu barədə Movqe.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.

Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.

Sizin Reklam Yeriniz