news Image
2019.08.23
13:14
| A A A
Ucar pambıq emalı kompleksində cari mövsümdən yağ və liftsiz toxum emal olunacaq
Emal kompleksi artıq xam məhsul qəbuluna hazırdır

“P AQRO” MMC-nin Ucar pambıq emalı kompleksi artıq xam məhsul qəbuluna hazırdır.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, 40 min ton emal gücünə malik kompleks Zərdab, Ağcabədi, Yevlax, Ağdam, Kürdəmir və Ağsu rayonlarının tədarük məntəqələrindən xam pambıq qəbul edəcək.

Hər biri 250 tonluq olan 13 taya yeri, tərəzi, kifayət qədər texnika və anbar artıq hazır vəziyyətdədir.

Qeyd edək ki, cari mövsümdən kompleksdə mahlıcla yanaşı, yağ və liftsiz toxum emalına da başlanılacaq.