Əlaqə Arxiv
news Image
2019.08.23
17:32
| A A A
Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

 

Avqustun 26-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Movqe.az xəbər verir ki, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.

Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.

Sizin Reklam Yeriniz