Bakı-Horadiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi
Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.
Bu barədə Movqe.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb.
Nasazlığın səbəbləri araşdırılır.
Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.