Əlaqə Arxiv
news Image
2019.09.19
15:42
| A A A
Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Proqnozlara əsasən, 2021-ci ilədək Azərbaycanda neft istehsalı ildə təxminən 39 milyon ton təşkil edəcək.

Movqe.az-ın  məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il üçün proqnoz 38,7 milyon tondur, 2020-ci ildə bu göstərici qismən artacaq:

“2020-2021-ci illərdə neft hasilatı stabil, 39 milyon ton ətrafında olacaq”.

Nazir əlavə edib ki, neft hasilatının stabil səviyyəsinin saxlanması əsas hədəfdir.

Sizin Reklam Yeriniz