Əlaqə Arxiv
news Image
2019.09.22
17:15
| A A A
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

Bu gün səhər saat 8:00-dan etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, hazırda dənizdə küləyin sürəti 15-18 metr saniyədir.

Axşama doğru küləyin sürətinin azalaraq 11-12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5-2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.

Sizin Reklam Yeriniz