Əlaqə Arxiv
news Image
2019.10.10
12:24
| A A A
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşəcək

Oktyabrın 18-də Energetika naziri Pərviz Şahbazov İmişli şəhərində İmişli və Biləsuvar rayonlarının vətəndaşlarını qəbul edəcək. Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialının inzibati binasında (ünvan: İmişli şəhəri, İmişli-Kürdəmir yolu) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Ağdamda Ağdam və Ağcəbədi rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək. Nazir müavini Elnur Soltanov isə Beyləqan şəhərində Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edəcək. Qəbul saat 12:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika  Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected][email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Sizin Reklam Yeriniz