Əlaqə Arxiv
news Image
2019.10.18
08:03
| A A A
Qeyri-neft sektorunun inkişafında Azərbaycan dünya rekorduna imza atır
İslahatlar uöurlu nəticələrini verir

Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışında bildirib ki, ilin 9 ayı üzrə iqtisadi artım təmin olunub. Xüsusilə qeyri-neft sənayesində sürətli artımın baş verdiyini vurğulayan dövlət başçısı deyib: “Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Azərbaycanda gedən iqtisadi islahatların dərinləşməsi yolunda bu il yaddaqalan hadisələr baş verib. İlin 3 rübündə göstəricilər yüksəlib, nəzərdə tutulan iqtisadi artım əldə olunub. Ümumi daxili məhsul, qeyri-neft sektorunun sənaye və kənd təsərrüfatı bölümlərində artım olub. Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılmasını, vergi intizamının möhkəmləndirilməsini təmin etməyi qarşıya məqsəd qoyan hökumət bu istiqamətdə ciddi uğurlar əldə edib. Hazırkı dövrdə Azərbaycanın iqtisadi nailiyyətləri kənd təsərrüfatı ilə kosmosun fəthi, sənaye sahələrinin modernləşdirilməsi, telekommunikativ proseslərin ən yeni elmi nailiyyətlərə əsaslanması ölkəmizin iqtisadi reytinqinin yüksəlməsində mühüm rol oynayır.

Yüksək texnologiyalar sənayenin hər bir sahəsində tətbiq olunur. Texnologiyaların müasirləyindən bəhs edərkən dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsinin əhəmiyyəti xüsusi qeyd nedilməlidir. Azərbaycanda bu istiqamət prioritet sahəyə çevrilib.

Xüsusilə qeyri-neft sektorunun son illər önə çıxması, neft ölkəsi sayılan Azərbaycanın iqtisadi stereotipi dağıdaraq universal iqtisadi təsərrüfatı dirçəltməsi inkişaf edən ölkələr üçün nümunəvi modelə çevrilib və beynəlxalq birlik bu nümunədən yararlanmağa çalışır. İnkişaf etməkdə olan ölkələr çətinliklərin dəf olunmasında, geniş inkişaf yoluna çıxmaq uğrunda mübarizədə Azərbaycan modelinin üstünlüklərindən istifadə etməyə səy göstərir.  

Azərbaycanda dərin iqtisadi islahatlar ölkəsidir. BMT-nin hesabtında ölkəmiz 20 ən islahatçı dövlət sırasında yer alır. Qeyri-neft sektorunun güclənməsi turizm sənayesinin genişlənməsi ilə də əlaqədardır. Bu ilin sonuna qədər  Azərbaycana gələn turistlərin sayının  3 milyona yüksələcəyi gözlənilir ki, bu da keçənilki rəqəmdən xeyli çoxdur. “Doing Business” hesabatı üzrə biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Eyni zamanda Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun  yeni hesabatında verilmiş məlumatlar sübut edir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır

Sadalanan nailiyyətlərin qazanılması Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqaməti olan islahatlara bağlıdır. Son bir neçə ildə müasirliyə, yeni texnologiyaların tətbiqinə, yeni dünyagörüşlü kadrların yetişdirilib irəli çəkilməsinə, strateji sahələrin onların ixtiyarına verilməsi uğurları təmin etkdə başlıca rol oynayıb.

İnkişafın Azərbaycan modelinin səciyyəvi xüsusiyyətlərindən biri başlanmış islahatların ardıcıllığıdır. Çünki, zaman sürətlə dəyişir, elmi yeniliklər, daha mükəmməl texnologiyalar bir-birini əvəz edir. Buna görə də bir işi bitirib yoluna qoyan kimi daha yeni zirvələrə yol açılır. Bu baxımdaн islahatlar davam edir və uğur gətirir. Dövlət başçısının dəyişən zamanla ayaqlaşmağa hesablanmış fikirləri Azərbaycanda gedən proseslərin dönməzliyini göstərir: “Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.

Budur, islahatların ardıcıllığı və xronologiyası. Əgər, dövlət rəhbərliyində möhkəm iradə və əzm varsa, uğur mütləq təmin olunur. Ölkəmizin iqtisadi nailiyyətləri bu fikirləri təsdiqləyir. İslahatların yolu dönməzdir və Azərbaycanın dinamik inkişafını həmişə təmin edəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz