Əlaqə Arxiv
news Image
2019.10.21
16:29
| A A A
Leyla Məmmədova: Yarmarka kənarda satılan balların qiymətinə də təsir edib

Bakıda keçirilən bal yarmarkası digər satış yerlərində satılan baln qiymətinə də təsir edib.

Trend-in məlumatına görə, bu barədə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, yarmarkada olan qiymətlər tələb və təkliflərə uyğun müəyyənləşdirilmişdi:

“Yarmarkanın sonunda satıcılar ciddi endirimlər etdilər. Bu da kənarda satılan bal məhsullarının qiymətinin də aşağı düşməsinə təsir edib. Bundan başqa 5 Oktyabr - Müəllimlər Günü ilə əlaqədar olaraq da təhsil işçilərinə 20 faiz endirim tətbiq edilmişdi”.

L.Məmmədova qiymətlərlə bağlı araşdırma aparıldığını da bildirib:

“Aqrar Tədqiqatlar Mərkəzi qiymətlərlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsinə əsasən 2475 nəfərdən 87 faizi qiymətlərdən razı olduğunu, 11 faizi qismən razı olduğunu, 2 nəfər isə razı olmadığını bildirib”.

Qeyd edək ki, sentyabrın 28-dən oktyabrın 18-ə qədər Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunub.

Sizin Reklam Yeriniz