Əlaqə Arxiv
news Image
2019.11.22
14:06
| A A A
Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır

Bu gün Moskvada 10-cu Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır.

Mövqe.az-ın məlumatına görə, 2 gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmilərinin, deputatların, biznes dairələri nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə "dəyirmi masa"lar təşkil ediləcək, forum çərçivəsində plenar iclas keçiriləcək.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı olacaq.

Sizin Reklam Yeriniz