news Image
2019.12.03
11:02
| A A A
Bakıda Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələr müzakirə olunur

Bu gün Bakıda “Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları”na dair tədbir işə başlayıb.

Mövqe.az xəbər verir ki, tədbiri giriş sözü ilə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev açıb.

O, Səudiyyə Ərəbistan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdiyini deyib.

“Azərbaycanda bir sıra Səudiyyə Ərəbistan kapitallı şirkətlər var. İki ölkə arasında müştərək iqtisadi komissiya fəaliyyət göstərir və əlaqələrin inkişafına töhfə verir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsinin dəyəri 10 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33% çoxdur. Amma bu yüksək göstəricisi deyil. Ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var. Bu cür görüşlər qarşılıqlı investisiya mühitini də təşviq edəcək”, - o deyib.

Tədbirdə iştirak edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdulla bin Xudayar isə bildirib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayı 100 min nəfərə çatıb.

money.az currency