news Image
2019.12.05
16:23
| A A A
Şəmkirdə 342 fərdi yaşayış evinə qaz verilib

Şəmkir şəhərində yeni yaşayış massivində qazlaşdırma işləri başa çatıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Mövqe.az-a verilən məlumata görə, bu gün 342 fərdi yaşayış evinə mavi yanacaq verilib.

Qazlaşdırma işlərinin həyata keçirilməsi üçün, ümumilikdə 33 246,71 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Yeni yaşayış massivində 342 evdə fərdi qaz tənzimləyicisi və qaz sayğacları quraşdırılıb.