Əlaqə Arxiv
news Image
2019.12.05
17:56
| A A A
Qazaxıstanda Azərbaycanın turizm potensialı təbliğ edilib

Bu gün Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində Azərbaycanın turizm potensialının təbliğinə həsr olunmuş seminar keçirilib.

Mövqe.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, seminar çərçivəsində iştirakçılara Azərbaycanın turizm məhsulları, yeni turizm marşrutları, müalicəvi turizm obyektləri, qış turizmi və qolf turizmi haqqında geniş məlumat verilib.

Tədbirdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, ölkədə fəaliyyət göstərən qabaqcıl hotellərin nümayəndəri təqdimatlar keçirərək Bakı, eləcə də Naftalan, Lənkaran, Siyəzən kimi bölgələrin hotel bazası haqqında iştirakçıları məlumatlandırıblar.

Xatırladaq ki, 2019-ci ilin yanvar-noyabr aylarında Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% artaraq 43 646 nəfər təşkil edib. 

Sizin Reklam Yeriniz