Əlaqə Arxiv
news Image
2019.12.06
15:17
| A A A
Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək

Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir.

Mövqe.az-ın əldə etdiyi məlumata görə, nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək.

Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərdə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.

Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü. 

Sizin Reklam Yeriniz