news Image
2019.12.07
09:26
| A A A
Mərkəzi Bank 150 milyon manat cəlb edir

Dekabrın 9-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən Mövqe.az-a bildirilib ki, hibrid hərracda 150 000 000 (yüz əlli milyon) məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01% - 7,74 faiz təşkil edir.