Əlaqə Arxiv
news Image
2019.12.10
09:46
| A A A
İslahatlar Azərbaycanın beynəlxalq reytinqini yüksəldir
Beynəlxalq təşkilatlar ölkəmizin bütün sahələri ilə bağlı müsbət rəylər açıqlayır

Azərbaycanda iqtisadi, sosial, inzibati idarəetmə və digər sahələrdə həyata keçirilən islahatlar əvvəlki dövrlərə nisbətən 2019-cu ildə bir qədər də güclənib. Artıq islahat sürəti elə bir həddə çatıb ki, o, Azərbaycanla bağlı formalaşan müsbət gözləntilərin aybaay yaxşılaşmasına səbəb olub. Müşahidə edilən proseslər Azərbaycanın imicini xeyli dərəcədə yaxşılaşdırıb, sadəcə, ölkəmizdə deyil, xaricdə, nüfuzlu beynəlxalq təşkilatlarda, böyük dövlətlərdə ölkəmizlə bağlı pozitiv düşüncələri daha da gücləndirib. İslahatların pozitiv tərəfləri böyükdür və o, qarşıdakı dövrlərdə Azərbaycanın beynəlxalq reytinqinin bir qədər də yüksəlməsinə kömək edəcək.

Bir ölkənin reytinqinin artmasına bir çox amillər təsir edir. İqtisadi reytinqlər də belədir. Məsələn, ölkənin kredit reytinqinin yüksəlməsi üçün sadəcə makroiqtisadi göstəricilərin yaxşılaşması əsas şərt deyil. Reytinq təşkilatları ölkənin tədiyə balansı, xarici borcu, ödəmə qabiliyyəti və s. kimi mühüm göstəricilərə diqqət ayırmaqla bərabər həmin ölkədə korrupsiyanın səviyyəsinə, icazələrin sadəliyinə, sənədləşmə tələbinə, bürokratik əngəllərə, siyasi mühitə, sabitliyə, məhkəmə-hüquq sisteminə və başqa qeyri-iqtisadi göstəricilərə də əhəmiyyət verir. Bu mənada ölkəmizdə son illərdə həyata keçirilən islahatların güclənməsi, onun bütün sahələri əhatə etməsi ölkəmizin müsbət imicinə çox güclü təsir edəcək.

İslahatların əsas hissəsi iqtisadi sahədə aparılır. Son iki-üç ilin təhlili göstərir ki, islahatlar sistemli şəkildə aparılır, kompleks tədbirlər həyata keçirilir və bunun sayəsində də müsbət nəticələr əldə edilir. İslahatlar dövründə iqtisadiyyatın şaxələnməsi davam etdirilib, lisenziya və icazələr sistemi təkmilləşdirilib, investisiya təşviqi mexanizmləri tətbiq olunub, sənaye parkları və məhəllələr yaradılıb. Bunlarla bərabər bəzi mühüm regional əhəmiyyətli infrastruktur layihələri də icra edilib. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ötən ilin mühüm hadisələrindəndir. Digər mühüm layihə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi davam etdirilir. Ələtdə azad iqtisadi zonanın yaradılması istiqamətində işlər aparılır, nəqliyyat sahəsində digər infrastruktur layihələri icra olunur. Azərbaycan uzun illərdir ki, həllini gözləyən Xəzər dənizindən keçəcək transkommunikasiya layihəsinin reallaşması istiqamətində mühüm addım atıb. Beynəlxalq ekspertlərinin rəyinə əsasən iqtisadiyyatın şaxələndirilməsi, korrupsiyaya qarşı mübarizə, biznes mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq reytinqini daha da yüksəldir.

Ölkəmizin reytinqinin yüksəlməsini beynəlxalq reytinq agentliklərinin, nüfuzlu beynəlxalq təşkilatların rəylərindən, hesabatlardan daha aydın görmək olur. Kredit reytinqinin yüksəlməsini bütün reytinq agentlikləri təsdiqləyib. Maliyyə sektorundakı islahatlar, iqtisadiyyatın, o cümlədən əhali kütləsinin borc risklərini azaldılması, kredit qoyuluşunun artması reytinqi yüksəldib. Böyük həcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi, daxili siyasi sabitliyin təmin olunması Azərbaycaın kredit etibarlığını artırıb. Beynəlxalq agentliklər açıq şəkildə ifadə edir ki, fiskal və monetar sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlığını zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi riskini aşağı sala bilər ki, bu da ölkənin etibarlı borcalan imicini yaxşılaşdırır.

Bir ölkənin reytinqini müəyyənləşdirən əsas göstəricilərdən biri Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatıdır. Bu hesabat biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes dairələrindən, habelə nüfuzlu konsaltinq şirkətlərindən sorğu əsasında toplanan məlumatları qiymətləndirir.

Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

“Doing Buisness” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olduğu üçün ölkəmizin belə bir hesabatda yüksək reytinqlər əldə etməsi Azərbaycan iqtisadiyyatının xarici investorlar üçün cəlbediciliyinin yüksəlməsinə və iqtisadiyyata xarici investisiya qoyuluşlarının artmına müsbət təsir edir.

"Doing Business” hesabatı kimi nüfuzlu beynəlxalq qiymətləndirmələrdə belə yaxşı nəticələr əldə etməyimiz, dünyanın ən islahatçı ölkələri siyahısına düşməyimiz aparılan məqsədyönlü və uğurlu iqtisadi siyasətin nəticəsidir.

"Doing Business-2020” hesabatı Dünya Bankının son hesabatıdır. Burada qeyd edilir ki, Azərbaycan üç sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Dünya Bankının “Doing Business” hesabatı kimi nüfuzlu beynəlxalq qiymətləndirmələrdə belə yaxşı nəticələr əldə etməyimiz, dünyanın ən islahatçı ölkələri siyahısına düşməyimiz aparılan məqsədyönlü və uğurlu iqtisadi siyasətin nəticəsidir.

“Doing Buisness” hesabatı beynəlxalq təşkilatlar tərəfindən hazırlanan digər hesabatlar (“Qlobal Rəqabətlilik İndeksi”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s.) üçün də baza rolunu oynayır.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz