Əlaqə Arxiv
news Image
2019.12.16
16:48
| A A A
SOCAR-Petrofac birgə müəssisəsi BP ilə xidmət müqaviləsi imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə müəssisə olan Böyük Britaniyanın “Petrofac” şirkəti Azərbaycan və Gürcüstanda BP-nin əməliyyatlarının dəstəklənməsi üçün layihələrin idarə olunması xidmətləri üzrə müqavilə imzalayıb.

Mövqe.az bu barədə “Petrofac” şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, müqavilə 3 il müddətinə imzalanıb.

Müqavilə Xəzər regionunda dənizdə və quruda, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz boru kəməri, Qərb boru kəməri (WREP) layihələrində BP-nin əməliyyatlarını əhatə edəcək.

Sizin Reklam Yeriniz