news Image
2020.01.14
17:07
| A A A
Belarus Azərbaycandan neft almaq istəyir

Belarus Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft satın almaqla bağlı müraciət edib.

Mövqe.az-ın məlumatına görə, bunu ölkənin Baş nazirinin birinci müavini Dmitri Krutoy deyib.

Baş nazirin müavini bildirib ki, Belarus hökuməti alternativ neft tədarükü mexanizmlərini araşdırır.

D.Krutoyun sözlərinə görə, hazırda zavodların və Belarus Neft Şirkətinin bütün xidmətləri gündəlik danışıqlar həyata keçirir.

Danışıqlar əsasında Qazaxıstan ilə Belarus arasında neft ixracı müqaviləsi bu ilin əvvəlində imzalayacaq. Təkcə Qazaxıstan Belarusa ildə 3,5 milyon tona qədər neft və neft məhsulları tədarük etmək niyyətindədir.

Xatırladaq ki, ötən ilin iyununda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, əgər Belarus şirkətləri Azərbaycan nefti üçün SOCAR-a müraciət etsələr, Azərbaycan neftinin Belarus ərazisinə də nəqli mümkün olar.