news Image
2020.01.15
16:19
| A A A
Ramin Quluzadə: “Gələcəkdə Avropadan Çinə və digər ölkələrə internet Azərbaycanın üzərindən ötürələcək”

“Azərbaycanla (Bakı) Qazaxıstanı birləşdirən fiberoptik kanal gələcəkdə Avropanı və Asiyanı birləşdirən bir xətt olacaq”. 

Mövqe.az xəbər verir ki, bunu bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin qəbulunda deyib.

O, qeyd edib ki, Azərbaycan gələcəkdə tranzit internet mərkəzinə çevriləcək: “Bu da imkan yaradacaq ki, biz gələcəkdə Avropadan Çinə və digər ölkələrə interneti Azərbaycanın üzərindən ötürək. Gələcəkdə Azərbaycan və digər ölkələrdə internetə olan tələbatın ödənilməsi və keyfiyyətli internetdən istifadə üçün bu işlər görüləcək. Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq hər il “Bakutel” sərgisinə də maraq artır. Siz də oraya gələndə görürsünüz ki, həm yerli şirkətlərimizin, həm də startapların bu sahəyə marağı artır. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur”.