news Image
2020.01.16
16:11
| A A A
Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 66,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel azdır.

Bu barədə Mövqe.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur.