Əlaqə Arxiv
news Image
2020.01.21
09:12
| A A A
Azərbaycanda turizm bələdçiləri attestasiyadan keçiriləcək

Bu ildən Azərbaycanda turizm bələdçilərinin attestasiyasına başlanacaq.

Bunu Mövqe.az-a Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Onun sözlərinə görə, bu ildən ATBA-nın məlumat bazasında qeydiyyatdan keçmiş ölkə üzrə 300 aktiv bələdçinin attestasiyası aparılacaq. Bununla bağlı elan fevral ayında veriləcək:

“Attestasiyadan uğurla keçən bələdçilərə turizm bələdçisi kartı veriləcək. Biz bütün bələdçiləri attestasiyadan keçirməyi planlaşdırırıq”.

S.Əsgərova qeyd edib ki, attestasiya 3 mərhələdən ibarət olacaq: "Birinci mərhələdə fənlər üzrə test imtahanından keçiləcək. İkinci mərhələdə bələdçi bilet çəkərək Attestasiya Komissiyasının üzvlərinin qarşısında şifahı imtahan verəcək. Üçüncü mərhələdə isə bələdçilər üçün imtahan keçiriləcək, onların avtobus və gəzinti turları ilə praktik peşə bilikləri yoxlanılacaq".

Sizin Reklam Yeriniz