Əlaqə Arxiv
news Image
2020.01.22
16:00
| A A A
Qazaxıstan əcnəbilər üçün miqrasiya rejimini dəyişib

Qazaxıstanda qeydiyyatsız qalmağa görə məsuliyyət ləğv edilib. Dəyişikliklərin qanun pozuntularına görə cərimələnənlərin və ölkədən xaric edilənlərin sayını əhəmiyyətli dərəcədə azaldacağı gözlənilir.

Mövqe.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Milli Sahibkarlar Palatasının saytında məlumat verilib.

İndi əcnəbi Qazaxıstanda 90 gün qala bilər, yəni 30 gün müddətinə üç dəfə daxil ola bilər.

Dəyişikliklərə baxmayaraq, ölkədə qalmağa gələn əcnəbilər barədə səlahiyyətli orqanlara məlumat vermək məsuliyyəti qəbul edən şəxslərin üzərində qalır. Əcnəbinin qalma müddəti 30 gündən çox olarsa, qəbul edən şəxslərin rəsmi müraciəti əsasında müvəqqəti yaşayış icazəsi verilir. Bu, əmək miqrantıdırsa, əmək müqaviləsinin müddəti üzrə, özəl səfər olanda isə 60 günə qədər icazə verilir. Ümumilikdə, icazənin verilməsi müddəti qalma məqsədindən asılıdır, lakin 1 ildən çox olmamalıdır.

Sizin Reklam Yeriniz