Əlaqə Arxiv
news Image
2020.01.23
09:57
| A A A
Azərbaycanda qatar biletlərinin satış qaydaları dəyişdirilib
Azərbaycan daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib. Mövqe.az-ın "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi məlumata görə, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər. Dəyişiklik bilet satışının təkmilləşdirilməsi, sərnişinlərin biletləri daha rahat və tez almasını təmin etməyə xidmət göstərir. Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq olunacaq.
Sizin Reklam Yeriniz