Əlaqə Arxiv
news Image
2020.01.29
20:45
| A A A
Sahibkarlığa göstərilən dövlət xidmətlərinin qiymətlənidirilməsi qaydası açıqlandı
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli Fərmanının 5.4-cü bəndində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin "KOB indeksi" üzrə qiymətləndirilməsi Qaydasının hazırlanması ilə bağlı tapşırıq verilib. Nazirlər Kabinetindən verilən məlumata görə, sözügedən Qayda dövlət xidmətlərinin mikro, kiçik və orta sahibkarlığa necə təsir etdiyini KOB indeksi üzrə qiymətləndirməyi nəzərdə tutur. Bu Qayda ilə müəyyən edilir ki, dövlət xidmətinin göstərilməsi ilə qarşıya qoyulmuş məqsədlərə nə qədər nail olunub; dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların tətbiqi zamanı hansı müsbət və ya mənfi nəticələr əldə olunub; sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı əsassız maneələrə səbəb olan hallar nədən ibarətdir; dövlət xidmətini tənzimləyən normativ hüquqi aktların təhlili aparılarkən mövcud boşluqların, ziddiyyətlərin və KOB-a mənfi təsir göstərən digər amillər hansılardır. Dövlət xidmətlərinin KOB indeksi üzrə qiymətləndirilməsi zamanı aşağıdakı parametrlər əsas götürülür: dövlət xidmətinin KOB-un inkişafına təsiri; dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri.
Sizin Reklam Yeriniz