Əlaqə Arxiv
news Image
2020.02.14
12:32
| A A A
TRACECA dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi çoxalıb

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin  (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52 761,9 min ton, yük dövriyyəsi isə 11 158,3 mln ton-km olmuş, əvvəlki illə müqayisədə yük daşınmasında 0,2% artım müşahidə edilib.

Mövqe.az Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 34 610,9 min tonu və ya 65,6 %-i avtomobil nəqliyyatı, 13 326,6 min tonu və ya 25,3%-i dəmir yolu nəqliyyatı, 4 824,4 min tonu və ya 9,%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,3%-ni və ya 8 077,2 min tonunu tranzit yüklər təşkil edib.

Sizin Reklam Yeriniz