Əlaqə Arxiv
news Image
2020.02.17
15:21
| A A A
Ötən il Azərbaycanda su hövzələrinə və anbarlarına 131 milyondan çox balıq körpələri buraxılıb

Su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, eləcə də onların mühafizəsi əhalinin ərzaq məhsulları ilə davamlı və dayanıqlı təminatına yönəlmiş tədbirlərdəndir.

Mövqe.az məlumatına görə, 2019-cu ildə ölkədə vətəgə sahələrində balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 milyon 268,3 min manat vəsait sərf olunub. Həmin vəsaitin 89,7 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il balıqartırma müəssisələri tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 milyon ədəd balıq körpələrinin 127,8 milyon ədədi bitki ilə qidalanan balıq körpələrinin, 3,4 milyon ədədi çəkikimi balıq körpələrinin, 0,3 milyon ədədi nərəkimi balıq körpələrinin və 0,2 milyon ədədi qızılbalıq körpələrinin payına düşüb.

Sizin Reklam Yeriniz