Əlaqə Arxiv
news Image
2020.02.18
17:43
| A A A
“ABB-Moskva” 2023-cü ilə qədər biznesini tədricən diversifikasiya etməyi planlaşdırır

“Ekspert RA” reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) Moskvadakı törəməsi - “ABB-Moskva” bankının kredit reytinqini ruB+ səviyyəsində təsdiqləyib.

Mövqe.az xəbər verir ki, reytinq üzrə proqnoz sabit səviyyədən müsbətə dəyişib və bu da ortamüddətli perspektivdə reytinq səviyyəsinin yüksəlmə ehtimalını göstərir.

Reytinq üzrə müsbət proqnoz bankın əməliyyat effektivliyini artırmağa imkan verəcək təsdiq edilmiş inkişaf strategiyası çərçivəsində bankın biznesinin tədricən diversifikasiyası və gəlirli aktiv bazanın genişləndirilməsi ilə əlaqədardır. Bankın reytinqi yüksək kapital ehtiyatları, bazar mövqelərinin zəif qiymətləndirilməsi, aktivlərin məqbul keyfiyyəti, adekvat likvidlik mövqeyi, eləcə də korporativ idarəetmənin mühafizəkar qiymətləndirilməsi ilə əlaqədardır.

“2019-2022-ci illər üzrə inkişaf strategiyası əsasən Rusiya-Azərbaycan ticarətində iştirak edən şirkətlərin kreditləşməsi və onlara xidmətlərin göstərilməsi, pul köçürmə sistemlərinin və konversiyalı müştəri əməliyyatlarının inkişafı hesabına Bankın biznesinin tədricən diversifikasiyasını nəzərdə tutur. Bu strategiyanın uğurla həyata keçirilməsi Banka əməliyyat səmərəliliyinin səviyyəsini yüksəltməyə və bazarda rəqabət mövqeyini yaxşılaşdırmağa imkan verəcək ki, bu da öz əksini müsbət proqnozda tapıb”, - “Ekspert RA”nın hesabatında deyilir.

“ABB-Moskva” bankının İdarə Heyətinin sədri Zaur Qaraisayev reytinq fəaliyyətini şərh edərkən belə deyib: “Hazırda Bankı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün fəal işləyirik. Məhsul xəttini genişləndiririk, İT-infrastruktura əhəmiyyətli sərmayələr qoyuruq, əsas struktur bölmələrdəki kadrları genişləndiririk. Nəticə olaraq ilin sonunda korporativ sektorda biznes göstəricilərində ciddi artım nümayiş etdirəcəyimizə ümid edirik”.

Sizin Reklam Yeriniz