Əlaqə Arxiv
news Image
2020.02.22
09:33
| A A A
“Azəriqaz”: Yeni sayğaclara müdaxilələr azalacaq

“Azəriqaz” İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutuları təqdim edir.

Birlikdən  Mövqe.az-a verilən məlumata görə, qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək. Xarici təsirlərə - xüsusən də zərbələrə davamlıdır.

Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Qutu ayrılıqda 2 yerdən möhürlənəcək. Abonent ilə Birlik arasındakı yersiz mübahisələr, ittihamlara əsas qalmayacaq. Dövlət yoxlanışı zamanı sayğac qutu ilə birlikdə götürüləcək və müvafiq müəssisədə abonentin öz iştirakı ilə açılaraq lazımı prasedura təqdim ediləcək. Abonent mexaniki sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya bilər, elektron sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkündür.

Qutularla bağlı video-çarxı və Birliyin baş direktorunun bu barədə müsahibəsini buradan yükləyə bilərsiniz: https://we.tl/t-KqxJJener1

Sizin Reklam Yeriniz