Əlaqə Arxiv
news Image
2020.02.22
12:39
| A A A
Azərbaycan 8,4 milyon dollarlıq polietilen ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12,301 min ton həcmində ilkin formalarda polietilen ixrac edib.

Mövqe.az-ın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 8,418 mln. ABŞ dolları təşkil edib.

Polietilenin yanvar ayında qeyri-neft sektoru üzrə ixracda payı 5,98% olub.

Qeyd edək ki, Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer”in ötən ilin fevralında istismara verilən eyni adlı zavodunda istehsal edilir.

Sizin Reklam Yeriniz