Əlaqə Arxiv
news Image
2020.02.24
13:24
| A A A
Zakir İbrahimov: "Ölkənin qızıl ehtiyatları Azərbaycan qızılı hesabına formalaşır"

"2019-cu ildə 57 min unsiya saf qızıl Azərbaycan Respublikasının Dövlət Neft Fonduna satışı həyata keçirilib".

Mövqe.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, “AzerGold” QSC tərəfindən hasil edilən metalların dünya bazarlarında ixracı ilə yanaşı ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində Cəmiyyət tərəfindən hasil olunan qızılın Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən alışı təşkil edilib.

O qeyd edib ki, bu satışın ümumi həcminin 95%-i təşkil edir.

Sizin Reklam Yeriniz