Əlaqə Arxiv
news Image
2020.02.24
15:22
| A A A
“AzerGold”un sahələrindəki kəşfiyyat qiymətli metalların 20 dəfədən çox artımını müəyyən edib

Həyata keçirilmiş kəşfiyyat işləri nəticəsində “AzerGold” QSC-nin sahələrində qiymətli metalların ümumi ehtiyatları 20 dəfədən çox artıb.

Mövqe.az-ın məlumatına görə, bunu “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, həmin ehtiyatların hasilatı və ixracı ölkə iqtisadiyyatına milyardlarla dolların daxil olmasını təmin edəcək.

Z.İbrahimovun sözlərinə görə, bununla belə, qeyd olunan iri layihələrin reallaşdırılması üçün müvafiq maliyyə vəsaitləri lazımdır:

“Həmin layihələrin işə salınması üçün həm yerli, həm də beynəlxalq maliyyə təşkilatlarından maliyyə cəlb etmək niyyətindəyik. Bu məqsədlə şirkətin nizamnamə kapitalı 2 milyon manatdan 37 milyon manatadək artırılacaq”.

Sizin Reklam Yeriniz