news Image
2020.02.25
13:08
| A A A
“Azərişıq” ASC gücləndirilmiş rejimə keçdi

Bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçdi.

ASC-dən Mövqe.az-a bildirilib ki, “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-nə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində güclü külək müşahidə edilir.

Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur.

“Azərişıq” ASC istehlakçılardan xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat xidmət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.