news Image
2013.07.01
14:52
| A A A
«Azərpoçt»un bütün şöbələri «Zolotaya Korona» pulköçürmə sisteminə qoşulacaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi üzrə fəaliyyətini genişləndirməyə davam edir.

 

Mövqe.az-ın MMC-yə istinadən verdiyi məlumata görə, Bakı, Abşeron, Sumqayıt və regional poçt filiallarının müştəri xidmətləri şöbəsində fəaliyyət göstərən "Zolotaya Korona" beynəlxalq pul köçürməsi sistemi artıq Lənkəran, Şirvan Rayon Poçt Filiallarında, Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Sabirabad, Neftçala, Hacıqabul poçt filiallarının bütün lisenziyası olan şöbələrində qoşularaq əhalinin istifadəsinə verilib. Yaxın müddətdə "Azərpoçt"un bütün şöbələrində "Zolotaya Korona" sistemi üzərindən pul köçürmələri almaq və göndərmək mümkün olacaq.

 

Bununla yanaşı, "Azərpoçt"la "GoldenPay" MMC arasında internet səhifəsi üzərindən müxtəlif ödənişlərin qəbulu üçün müqavilə imzalanıb. Müqaviləyə əsasən, internet səhifəsi və ya internet-bankçılıq sistemi vasitəsi ilə müxtəlif kommunal, mobil, stasionar telefon, kabel TV və internet provayderlərin ödəmələrini və bu qəbildən olan digər ödəmələri qəbul etmək imkanı verən internet ödəmə sistemi yaradılaraq istifadəyə verilib.