Əlaqə Arxiv
news Image
2020.02.26
12:07
| A A A
TORPAQLA ÖRTÜLƏN DAŞIYICI QAZ KƏMƏRLƏRİ DAYAQLAR ÜZƏRİNƏ QALDIRILIR

2019-cu ildə bölgələrdə ümumi uzunluğu 18 kilometrdən çox olan 530 mm diametrində qaz kəmərləri torpaqdan təmizlənərək beton dirəklər üzərinə qaldırılıb. Uzun müddət müxtəlif təsirlərdən torpaq qatı ilə örtülən kəmərlərin dirəklərə qaldırılaraq yenidən boyanması, onların istifadə müddətini xeyli artırmış olacaq. Qazax rayonu Əskipara Qaz Paylayıcı Stansiyasından Quşçuayrım istiqamətində 7300 metr, Ağstafa rayonu Saloğlu-Poylu istiqamətində 3800 metr, Gəncə-Göygöl istiqamətində 7500 metr uzunluğunda olan kəmərlər əvvəlki görkəminə qaytarılıb.

2020-ci ildə də bu sahədə görüləcək işlərə artıq start verilib. Ümumi uzunluğu 16 km-dən çox olan Gəncə-Dəlimmədli istiqamətindəki qaz kəməri, Bərdə, Cəlilabad rayonlarındakı qaz kəmərləri, Masallı rayonunda “Bambaşı” və “Şərəfə” qaz kəmərləri il ərzində təmir edilərək beton dirəklər üzərinə qaldırılacaq.

Sizin Reklam Yeriniz