Əlaqə Arxiv
news Image
2013.07.01
17:52
| A A A
Azərsun aksiya keçirdi

İyunun 29-da "Azərsun Holdinq"in "Zeytun bağları" markası Azərbaycanın təbii sərvəti olan Zeytun ağaclarına qulluq kampaniyası çərçivəsində Nizami rayonunda iməclik keçirib. 


Mövqe.az-ın məlumatına görə, 50-dən artıq könüllü, ziyanvericilər ilə mübarizədə vacib olan və yay aylarında xüsusi önəm daşıyan işləri görərək, ağacları əhənglədilər, eyni zamanda ağacların altı bellənib və sulanıb.


Aksiya Nizami rayonunda 1 həftə ərzində davam edəcək. Azərbaycan zeytununun qoruyucusu və himayəçisinə çevrilən "Zeytun bağları" markasının təşəbbüsü ilə kampaniya Abşeron yarımadasında zeytunçuluğun təbliğinə dəstək olaraq Bakının digər rayonlarında da davam etdiriləcək.


Qeyd edək ki, "Azərsun Holdinq"in "Zeytun bağları" markası Abşeron zeytunundan hazırlanır və ağaclardan toplanan məhsul şirkətlər qrupunun Dübəndidə fəaliyyət göstərən Zeytun Emalı Fabrikində emal edilir. "Zeytun bağları" markası təbii və yüksək keyfiyyəti ilə artıq ölkə sərhədlərindən kənarda da tanınmaqdadır.



Sizin Reklam Yeriniz