Əlaqə Arxiv
news Image
2020.02.28
17:56
| A A A
2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır

2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır.

Mövqe.az-ın məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının altıncı iclası zamanı deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin sonuncu, dördüncü komponentinin 92 faizi başa çatıb:

“Bu ilin sonunadək Trans-Adriatik qaz kəməri layihəsinin başa çatması planlaşdırılır”.

Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Sizin Reklam Yeriniz