Əlaqə Arxiv
news Image
2013.07.03
12:13
| A A A
Bakıda türkdilli dövlətlərin nəqliyyat nazirlərinin toplantısı keçirilir

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin birinci iclası keçirilir.


Mövqe.az-ın məlumatına görə, iclasda Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan nümayəndələri iştirak edirlər. Həmçinin, Türkiyə Əməkdaşlıq Şurasının Katibliyi də tədbir qatılıb.


Qeyd edək ki, tədbirdə Azərbaycan da daxil olmaqla, Türkiyə və Qazaxıstan nazirlik səviyyəsində, Qırğızıstan isə səfirlik səviyyəsində təmsil olunur.


Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin birinci iclasında ölkələr arasında nəqliyyat sahəsində qarşılıqlı əlaqələr, iqtisadi əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunacaq.


Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirlərinin birgə bəyannaməsinin imzalanması nəzərdə tutulur.


Tədbir bu gün yekunlaşacaq.

 

Qeyd edək ki, ötən gün müvafiq işçi qrupunun iclası keçirilib.

 

Sizin Reklam Yeriniz