Əlaqə Arxiv
news Image
2013.07.03
12:28
| A A A
Nəqliyyat sektorunda vahid kartların tətbiqinə bu ay başlanacaq

Bu ay Azərbaycanın nəqliyyat sektorunda vahid ödəniş kartları sisteminə keçiləcək.


Artıq sərnişin avtobuslarında 300-dən artıq validator quraşdırılıb. Bunu "APA-Economics"ə açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin başçısı Namiq Həsənov bildirib.


Onun sözlərinə görə, avtobuslarda daha 200 validatorun quraşdırılması planlaşdırılır: "Bu avadanlıq Türkiyədən gətirilir. Bu prosesin işə düşməsi üçün ən azı 500 avtobusda bu qurğu quraşdırılmalıdır".


N.Həsənov qeyd edib ki, eyni zamanda kartların istehsalı da davam etdirilir: "İlkin olaraq bu, 500 avtobusu əhatə edəcək. Bu isə 29 marşrut deməkdir. Proses mərhələli şəkildə davam edəcək və ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub. Bu, böyük bir prosesdir".

 

Həmçinin, bankların köməkliyi ilə  müvafiq onlayn ödəniş sistemi də hazırlanır və bunu Türkiyənin "Asis" şirkəti həyata keçirir.


Qeyd edək ki, nəqliyyat sistemində ödəniş kartlarının tətbiqi proqramının 2014-cü ildə tam yekunlaşdırılması planlaşdırılır.

Sizin Reklam Yeriniz