news Image
2013.07.03
15:15
| A A A
İqtisadi inkişaf naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Mövqe.az-ın verdiyi məlumata görə, iyulun 13-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.


Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xaçmaz rayon Mədəniyyət Mərkəzində (Ünvan: Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi, 8) təşkil olunacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (Ünvan: Quba şəhəri, Fətəli Xan küçəsi, 65, əlaqələndirici şəxs Aqşin Bayramov, əlaqə telefonu: (023) 335 48 99, mobil (055) 706 09 87, elektron poçt ünvanı: 

aqshin.bayramov@gmail.com) vasitəsilə müraciət edə bilərlər.


 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs