news Image
2013.07.05
12:12
| A A A
İstehlaka yararsız məhsullar məhv edilib

Mövqe.az-ın məlumatına görə,  İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Səbail rayonunda

- Ə.Yaqubov küçəsi, ev 6 ünvanında Tağı Tağıyevə məxsus mağazada;



Abşeron rayonunda

- Xırdalan şəhəri, 30-cu məhəllə, H.Z.Tağıyev və M.Hüseynzadə küçələrinin kəsişməsində Eldar Abbasova məxsus mağazada;

- Novxanı qəsəbəsində İsrafil Süleymanova məxsus mağazada;

- Xırdalan şəhəri, H.Əliyev prospektində Hicran Fərzəliyevə məxsus mağazada;

- Xırdalan şəhəri, 28-ci məhəllə, M.Hüseynzadə küçəsində İbiş Nəzərəliyevə məxsus mağazada;

- Mehdiabad qəsəbəsi, Fatmai şosesində İman Əzizova məxsus mağazada;

- Saray qəsəbəsi, M.Ə.Rəsulzadə və Çənlibel küçələrinin kəsişməsində Bayram Kərimova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.



Bakının Səbail rayonunda

- Xəqani küçəsi, ev 15 ünvanında Gülnarə Məmmədovaya məxsus mağazada;



Yasamal rayonunda

- Yeni Yasamal 2, ev 3 ünvanında Rəşad İbrahimova məxsus mağazada;



Xətai rayonunda

- Əhmədli qəsəbəsi, Neapol prospekti, ev 41 ünvanında Akif Quliyevə məxsus mağazada;

- R.Quliyev küçəsi, ev 2964 ünvanında Cəmilə İbrahimovaya məxsus mağazada;

- Zığ şosesi, ev 16 ünvanında Vüqar İsmixanlıya məxsus mağazada;



Nizami rayonunda

- C.Naxçıvanski küçəsində İlqar Məmmədova və Azər Nəbiyevə məxsus mağazalarda;

- B.Nuriyev küçəsində Əlməhəmməd Hüseynova, Xanlar Əliyevə və Ramil Ziyəddinova məxsus mağazalarda;



Yevlax şəhərində

- M.Ə. Rəsulzadə küçəsində Pərviz Həsənova məxsus mağazada;

- H.Əliyev prospekti, ev 8 ünvanında Coşqun Bədəlova məxsus mağazada;

- Nizami prospektində Elşad Əzizova, Taleh Vəliyevə və Ceyhun Niftalıyevə məxsus mağazalarda;

- Q.Quliyev küçəsi, ev 15 ünvanında Bulut Həsənovaya məxsus mağazada;



Xudat şəhərində

- H.Əliyev küçəsində Anar Ömərova məxsus mağazada;

- Ə.Şıxlinski küçəsində Murad Yarəliyevə məxsus mağazada;



Ağdam rayonunda

- Xındırıstan kəndində Qalib Babayevə məxsus mağazada;



Goranboy rayonunda

- Goranboy şəhəri, Vaqif küçəsi, ev 27 ünvanında Elvin Qasımova məxsus mağazada;

- Borsunlu kəndində Güloğlan Cabbariyə məxsus mağazada;

- Qurbanzadə kəndində Asif Məmmədova məxsus mağazada;



Füzuli rayonunda

- Babı kəndində Siyəzəddin Qasımova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 390 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.