news Image
2020.03.24
20:25
| A A A
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi Azərbaycan Prezidentinin xeyirxah təşəbbüsünə qoşulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü olaraq dəstək nümayiş etdirilir. Mövqe.az-ın məlumatına görə, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları da bu xeyirxah və nəcib təşəbbüsə qoşularaq bir aylıq vəzifə maaşları həcmində pul məbləğini (30 min manat) Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.